Bakıda evə BASQIN : ər-arvad və oğlunu...
07 iyun 2021 13:06 (UTC +04:00)

Bakıda evə BASQIN: ər-arvad və oğlunu...

Bakıda evə basqın olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 6-da saat 5 radələrində Buzovna qəsəbə sakini Q.Bağırovun evinə girmiş şəxs ona, arvadına və oğluna  bıçaqla xəsarət yetirib.

Bu barədə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini A.Əliyev saxlanılıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

# 2310
avatar

Mehman Nəbiyev

Oxşar yazılar