Bakıda arvadını məftillə boğub öldürən kişinin məhkəməsi başlayır
04 fevral 2022 09:26 (UTC +04:00)

Bakıda arvadını məftillə boğub öldürən kişinin məhkəməsi başlayır

Bakıda arvadını məftillə boğub öldürən Vilayət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 31 yaşlı Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 36 yaşlı Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Mehman Nəbiyev

Oxşar yazılar