Azyaşlını qorxudub 3500 manatını aldılar
24 may 2022 13:39 (UTC +04:00)

Azyaşlını qorxudub 3500 manatını aldılar

Cəlilabadda azyaşlıya hədə-qorxu gələrək pullarını alıblar.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, mayın 15-dən 22-dək olan müddətdə Şıxlar kəndində 2 nəfər azyaşlıya hədə-qorxu gələrək 69.000 rubl (təxminən 2014 manat), 300 ABŞ dolları (510 manat) və 909 manat pul alıblar.

Bu barədə Cəlilabad rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri E.Abbasov və Ə.Quliyev müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

# 3477
avatar

Mehman Nəbiyev

Oxşar yazılar