Azərbaycanda yol polisini silahla hədələdilər
03 iyun 2021 13:25 (UTC +04:00)

Azərbaycanda yol polisini silahla hədələdilər

Astarada polislə saxlanılan şəxslər arasında insident yaşanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 1-də rayonun Ərçivan qəsəbəsi ərazisindəki mağazaların birindən 800 manat pul və sərinkeş oğurlanıb.

Bu barədə Astara rayon Polis Şöbəsinə məlumat daxil olub.

Astara rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər - Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov və Qubadlı rayon sakini Ə.Aydınova saxlanılarkən onlar BDYPİ-nin əməkdaşlarını bıçaqla hədələyiblər.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə onlar zərərsizləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Mehman Nəbiyev

Oxşar yazılar