Azərbaycanda narkotiklərlə bağlı cinayətlərin sayı artıb - STATİSTİKA
18 fevral 2021 11:59 (UTC +04:00)

Azərbaycanda narkotiklərlə bağlı cinayətlərin sayı artıb - STATİSTİKA

2020-ci ildə ölkədə qeydə alınan 26.004 cinayət hadisəsinin 5252-si və ya 20,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur. Bildirilir ki, ötən il narkotiklərlə bağlı qeydə alınan cinayətlərin sayı 2019-cu ilin göstəricisindən 19,8 faiz  çoxdur.

Onların 55,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 36,1 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,2 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi,  0,1 faizini isə digər cinayətlər təşkil edib.

# 1212
avatar

Mehman Nəbiyev

Oxşar yazılar