Azərbaycanda kişi həmkəndlisini GÜLLƏLƏDİ
13 dekabr 2021 14:25 (UTC +04:00)

Azərbaycanda kişi həmkəndlisini GÜLLƏLƏDİ

Bərdədə kənd sakini güllələnib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsinə dekabrın 11-də Dəymədağıldı kəndi ərazisində kənd sakini C.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi S.Həsənovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

C.Məmmədov könüllü olaraq rayon Polis Şöbəsinə gələrək, hadisədə istifadə etdiyi “Crtsan” markalı ov tüfəngini təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

# 1563
avatar

Mehman Nəbiyev

Oxşar yazılar