Azərbaycanda dəhşətli QƏTL:  Usta ustanın şah damarını kəsdi - SƏBƏB
23 iyun 2021 12:28 (UTC +04:00)

Azərbaycanda dəhşətli QƏTL: Usta ustanın şah damarını kəsdi - SƏBƏB

Kürdəmirdə baş verən qətl hadisəsi ilə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətl törədən Ramazan Qurbanov və Ruslan Əsədov rayonun Xırdapay kəndinə usta işləyib. Onlar bu kənd sakinlərindən birinin evində təmir işləri görmək üçün gəliblər.

Məlumata əsasən, hadisə baş verən zaman onların hər ikisi sərxoş vəziyyətdə olublar. Bir süfrə arxasında yeyib içən zaman ustaların sözü bir-birinin boğazından keçməyib. Belə olan halda Ramazan Qurbanov iş yoldaşı Ruslanın boyun nahiyəsinə bıçaq zərbəsi vurub. Nəticədə Ruslanın boğaz nahiyəsində damar kəsilib və o yerindəcə ölüb.

Hazırda faktla bağlı araşdırmalar və istintaq tədbirləri davam etdirilir.

***

Saat: 10:59

Kürdəmirdə qətl hadisəsi olub.

Rayon Prokurorluğundan Lent.az-a bildirilib ki,iyunun 22-i Ruslan Əsədovun ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalarla Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə  istintaq  davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Mehman Nəbiyev

Oxşar yazılar