Abşeronda 20 yaşlı qadın öldürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iyunun 20-də saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 20 yaşlı Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 30 yaşlı Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.
8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.