Azərbaycanda ata 9 yaşlı qızına işgəncə verdi, daha sonra “whatsapp” da...-YENİLƏNİB
08 iyun 2021 18:55 (UTC +04:00)

Azərbaycanda ata 9 yaşlı qızına işgəncə verdi, daha sonra “whatsapp”da...-YENİLƏNİB

İşgəncə görən 9 yaşlı qız atasından uzaqlaşdırılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, hazırda azyaşlı qızın atasından alınması gözlənilir. Sığınacaq sədrinin sözlərinə görə, işgəncə görən uşağın daha sonra müvəqqəti olaraq uşaq sığınacağına veriləcəyi ehtimal olunur.

***

Saat:16:29

Azərbaycanda 9 yaşlı qızına işgəncə verən ata barəsində cinayət işi başlanılıb.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar cinayət işi açılıb:

"İş üzrə hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7857
avatar

Mehman Nəbiyev

Oxşar yazılar