Azərbaycanda  adam oğurlayan dəstə   tutuldu - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO
17 oktyabr 2022 13:37 (UTC +04:00)

Azərbaycanda adam oğurlayan dəstə tutuldu - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO

Abşeron rayonunda adam oğurluğu, narkotik vasitələrinsatışı və kultivasiyası ilə məşğul olan dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron rayonu Qobu qəsəbə sakini olan bir nəfər polisə müraciət edərək borclu olduğu əvvəldən tanıdığı şəxslərin ona hücum etdiyini daha sonra naməlum ünvana apararaq qanunsuz olaraq orada saxladıqdan sonra mobil telefon və  pulunun həmin şəxslər tərəfindən əlindən alındığını bildirib. Həmin şəxslər daha sonra zərərçəkənin fotolarını çəkərək onun yaxınlarına göndəriblər. 

Hadisə ilə bağlı dərhal Abşeron rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşları araşdırmalara və zəruri əməliyyat tədbirlərinə başlayıb. Tədbirlər nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Qobu qəsəbəsi sakini Zaur Əliyev, Ceyhun Səmədzadə və qardaşı Rafiq Səmədov tutulublar. Saxlanılan zaman Ceyhun Səmədzadə ilə qardaşının üzərindən külli miqdarda narkotik vasitə olan heroin də aşkar edilib. Araşdırmalarla bu şəxslərin Qobu və ətraf  qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduqları da ortaya çıxıb. 

Qobu Polis Bölməsi əməkdaşlarının keçirdiyi daha bir əməliyyat nəticəsində həyətində narkotik tərkibli çətənə kolları əkən əvvəllər də məhkum olunmuş Tariel Sadıqov saxlanılıb. Onun həyətinə baxış zamanı yaş halda çəkisi 10 kiloqram olan kultivasiya edilən çətənə kolları aşkar edilib. 

Qeyd olunan faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 6573
avatar

Aytəkin Cəlali

Oxşar yazılar