Ata 4 yaşlı qızını öldürüb  intihar etdi
14 iyul 2023 17:02 (UTC +04:00)

Ata 4 yaşlı qızını öldürüb intihar etdi

Moskva vilayətinin Puşkino şəhərində kişi dörd yaşlı qızını öldürərək intihar edib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Nadsonovskaya küçəsində yerləşən çoxmərtəbəli binanın mənzillərindən birində baş verib. Ata əvvəlcə azyaşlı qızını odlu silahla güllələyərək öldürüb. Sonra da intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.

“Mash” teleqram kanalının məlumatına görə, mərhumun anası hadisə yerindən qaçaraq polisə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5856

Oxşar yazılar