İstintaq fotosu
29 noyabr 2021 16:23 (UTC +04:00)

İstintaq fotosu

Arvadını, onun sevgilisini və anasını öldürdü - AZƏRBAYCANDA DƏHŞƏT

Şabranda ana və oğlunun öldürülməsi ilə bağlı təfərrüatlar üzə çıxıb.

Lent.az sözügedən qətlin istintaq materiallarını əldə edib.
 
İş üzrə dindirilmiş 35 yaşlı Nahid İslamov bildirib ki, Şabran rayonunun Zeyvə kəndində babası Cəfər Balayevə məxsus evdə yaşayıb.

İstintaq fotosu

O, məktəbin 3-cü sinfini bitirdikdən sonra təhsilini davam etdirməyib, fərdi əməklə məşğul olub. 2006-cı ildə Dinarə Hacıağayeva ilə evlənib. 2008-ci ildə Rusiyaya işləməyə gedib. Orda olduğu müddətdə qardaşı zəng vuraraq yoldaşının Məhəbbət Məmmədovla sevgili olduğunu və onu aldatdığını bildirib. Bunu eşidib aprelin 14-də Şabran rayonunа qayıdıb. Dinarəni ürəyindən bıçaqla vuraraq öldürüb və məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Nahid etdiyi hərəkətlərlə Məhəbbətdən qisas almağı düşünüb. Azadlığa çıxandan sonra fevral ayında bu məsələyə aydınlıq gətirmək üçün Məhəbbətlə görüşüb. Həmkəndlisi isə səhvini boynuna alaraq, onu bağışlamasını istəyib.

Öldürülən Məhəbbət Məmmədov

2020-ci il aprelin 11-də ov tüfəngini, 7-8 ədəd patronu və bir şüşə arağı götürərək meşəyə yollanıb. Saat 18 radələrində evinə gedərkən 38 yaşlı Məhəbbət Məmmədovun kənd sakinləri ilə voleybol oynadığını görüb. Məhəbbəti görüb və uşaqların yanında onu söyüb. Məhəbbətin atdığı top Nahidin qabağına düşüb, o, da topa güllə vuraraq partladıb. Məmmədov iti addımlarla yaxınlaşıb, söyüb tüfəngi Nahidin əlindən almaq istəyib. Bu zaman Məhəbbətin bütün hərəkətləri Nahidin gözünün qabağından keçib və o, tüfəng qarnına dirənmiş vəziyyətdə atəş açıb. Məhəbbət yerə yıxılan kimi, voleybol oynayan kənd uşaqları müxtəlif istiqamətlərdə qaçıblar. Nahid onsuz da tutulacağını fikirləşib, Məhəbbəti öldürməyə və namus söhbətini bitirməyə qərar verib. Buna görə də, cibindən 2 patron çıxarıb tüfəngə yerləşdirib və yerdə uzanmış Məhəbbətin başına atəş açıb. Uzaqlaşmaq istəyərkən meydançanın yaxınlığında yerləşən evdən Məhəbbətin anasının uca səslə söyə-söyə gəldiyini görüb. Nahid təhqirlərdən qıcıqlanıb və bu səbəbdən təxminən 4 metr məsafədən 58 yaşlı İstək Mahmudovaya 2 dəfə atəş açıb, аmma qırmaların onun hansı nahiyyəsində dəydiyini bilməyib. Həmin gecə keçmiş qayınanasının evinə gedib və orda 12 yaşlı qızı ilə görüşüb.

İstək Mahmudova

Məlumata görə, Nahidin atdığı güllə də İstək Mahmudovanın başına dəyib, o keçinib.

Nahid İslamov törətdiyi əməldən peşman olmadığını deyib. Cinayətin törədilməsinə onu heç kim təhrik etməyib.

İstintaq fotosu
 
Zərərçəkmiş şəxslərin hüquqi varisi Səxavət Məmmədov ifadəsində göstərib ki, aprelin 11-i saat 18 radələrində evdə olub. Həmin vaxt qardaşı Məhəbbət kənd sakinləri ilə meydançada voleybol oynayıb. Çöldən atəş səsi gəldikdən sonra qardaşı oğlu Raul həyəcanlı şəkildə evə gələrək atasının Nahid tərəfindən silahla vurulduğunu deyib. Dərhal meydançaya tərəf qaçıb, Məhəbbəti yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə, Nahidin isə əlində silahla aşağıya doğru getdiyini görüb. Onun üzünə baxanda içkili olduğu açıq-aydın hiss olunub. Аz sonra yenidən atəş səsləri eşidib.

Atılan güllənin gilizi

Çevrilib, arxaya baxanda görüb ki, Nahid anasını vurub və əlində silahla öz evinə doğru gedib.

Səxavət Məmmədov əlavə edib ki, Nahid 2008-ci ildə həyat yoldaşını Məhəbbətə qısqandığı üçün qətlə yetirib. Ona görə də qardaşı ilə düşmənçilik münasibətində olub. Həbsxanadan qayıdandan sonra tüfənglə yaşadıqları evə hücum edib, Məhəbbəti öldürməklə hədələyib.

Qətl törədilən silah

Şahid qismində dindirilmiş Şabran rayon Polis Şöbəsinin Təşkilati inspektor qrupunun baş inspektoru Ramiz Teymurov bildirib ki, aprelin 11-də avtomobili ilə hərəkət edərkən əynində qara gödəkcəsi olan ortaboy şəxsin ona doğru gəldiyini görüb

Avtomobili saxlayıb, əlində silahla hara getdiyini və kim olduğunu soruşanda, o bir müddət əvvəl 2 nəfəri öldürdüyünü bildirib. Ramiz özünün polis əməkdaşı olduğunu deyib, avtomobildən düşüb və tüfəngi dartıb zorla əlindən alıb. İçkili olan şəxs büdrəyərək yerə yıxılıb, sonra isə ayağa qalxaraq üzü aşağı doğru qaçıb. Ondan götürdüyü silahı hadisə yerinə gəlmiş şöbənin rəisinə təhvil verib.

Məhkəmə iclasında Nahid İslamov özünü tam təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid İslamov ömürlük azadlıqdan məhrum olunub.

Həbsdən çıxıb arvadı ilə cinsi əlaqədə olanı öldürdü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17799
avatar

Mehman Nəbiyev

Oxşar yazılar