“Lexa Maymış”
04 fevral 2022 11:06 (UTC +04:00)

“Lexa Maymış”

Araq almağa gedən "qanuni oğru" saxlanıldı

Rusiyanın paytaxtı Moskvada qazaxıstanlı “qanuni oğru”saxlanılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, “Lexa Maymış” ləqəbli “qanuni oğru” Aytkali Maymışov “Alfa İzmayılov” otelindən çıxaraq, yaxınlıqdakı supermarketdən araq almaq istəyib. Bu vaxt təsadüfən polis tərəfindən yoxlanılıb. Yoxlama zamanı 63 yaşlı avtoritetin üzərindən metadon tapılıb. Polis idarəsində isə onun “qanuni oğru” olduğu məlum olub.

Məlumata əsasən, o, Dağlıq Altay diyarından Moskvaya gəlibmiş. Ancaq onun gəlişinin məqsədi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2814
avatar

Mehman Nəbiyev

Oxşar yazılar