Aptekə BASQIN:  satıcıya bıçaq çəkib pulları apardı - HADİSƏ ANI
19 mart 2025 12:02 (UTC +04:00)

Aptekə BASQIN: satıcıya bıçaq çəkib pulları apardı - HADİSƏ ANI

Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs həmin yerdə çalışan qadın satıcını kəsici alətlə hədələyərək kassada olan 500 manat pulu talayaraq ələ keçirib. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Ramin Məmmədov saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi kəsici alət maddi sübut kimi götürülüb. Araşdırmalarla saxlanılan şəxsin avtobusdan da pul oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar