Adam öldürən gənc hakim qarşısına çıxarılır
23 fevral 2021 18:19 (UTC +04:00)

Adam öldürən gənc hakim qarşısına çıxarılır

Bakıda qətl törədən 21 yaşlı Əli Zeynalovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib.

Xatırladaq ki, ötən il noyabrın 10-da paytaxtın Nərimanov rayonu ərazisində 36 yaşlı Zeynalov Əli Aydın oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 21 yaşlı Rəhimli Elnur Marif oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Əli Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

# 1644
avatar

Mehman Nəbiyev

Oxşar yazılar