69 yaşlı kişini həmkəndlisi güllələdi
30 mart 2021 10:05 (UTC +04:00)

69 yaşlı kişini həmkəndlisi güllələdi

Martın 29-da saat 13 radələrində Cəlilabad rayonu, Hacıcavad kənd sakini, 69 yaşlı Əmirov Sabir Xankişi oğluna odlu silahdan açılan atəşlə bədən xəsarətinin yetirilməsi barədə məlumat daxil olub.

Cəlilabad rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən  hadisə yerinə baxış keçirilərək, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 53 yaşlı Məmmədov Rahib Adış oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sabir Əmirovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb/ Rahib Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 1590
avatar

Mehman Nəbiyev

Oxşar yazılar