Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan "Meqa-Siti Holdinq” MMC-nin
direktoru, dələduzluq etməkdə təqsirli bilinən Elnur Məmmədov və şirkətin payçılarının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Zeynal Ağayevin icraatına verilib. Cinayət işində 63 mülki şəxs, o cümlədən Dövlət Vergi Xidməti və “"VİENNA" MMC zərərçəkmiş qismində çıxış edir.
Hakim qarşısına çıxarılacaq Maksim Zeynalov, Elnur Məmmədov, Aqil Qədirov, Fariz Nuriyev və Tamara Namazova Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham olunurlar.
Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin bir sıra vəzifəli şəxsləri 2019-cu ildə də bir mənzili bir neçə nəfərə satdığı üçün dələduzluqda təqsirli bilinərək, saxlanılmış və məhkəmə qarşısına çıxarılmışdı.