4 gün əvvəl meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum oldu
21 avqust 2023 09:26 (UTC +04:00)

4 gün əvvəl meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum oldu

Avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən isti izlər əsasında həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4022

Oxşar yazılar