21 gün əvvəl  döyülmüşdü:  Xəstəxanada öldü
25 avqust 2021 16:21 (UTC +04:00)

21 gün əvvəl döyülmüşdü: Xəstəxanada öldü

Bakıda xəstəxanaya yerləşdirilən kişi 21 gün sonra ölüb.

Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 23-ü saat  21 radələrində paytaxtın Yasamal rayon sakini, 32 yaşlı Haşım Daşdəmirovun aldığı xəsarətlər nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Haşım Daşdəmirov avqustun 2-də təxminən saat 1 radələrində Yasamal rayonunda yerləşən “Grandmart” adlı marketin qarşısında Əbil Məcidov ilə mübahisə edib. Mübahisə zamanı sonuncunun Haşım Daşdəmirova yumruqla zərbə endirərək ona sağlamlığa ağır zərər vurması ilə xəsarət yetirməsi nəticəsində Haşım Daşdəmirov avqustun 23-də xəstəxanada ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbil Məcidov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8496
avatar

Mehman Nəbiyev

Oxşar yazılar