16 yaşlı qız nişanı geri qaytardığı üçün öldürülüb - TƏFƏRRÜAT  - YENİLƏNİB
20 oktyabr 2022 20:05 (UTC +04:00)

16 yaşlı qız nişanı geri qaytardığı üçün öldürülüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Abşeronda baş verən dəhşətli qətllə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisəni törədən Murad Həsənov və Həsrət Rəcəbova qohum olublar. Qətldən əvvəl oğlan yeniyetmə qızı döyüb.

Digər məlumata görə isə, H. Rəcəbova 14 yaşından M. Həsənov ilə nişanlanıb.

Daha bir məlumata görə isə qız nişanı geri qaytarıbmış. Məhz bu səbəbdən tərəflər arasında münaqişə yaranıb və oğlan qızı öldürüb. 

Hazırda istintaq araşdırmaları davam etdirilir.

***
Saat: 13:17

Abşeronda nişanlısını öldürən saxlanılıb.

Abşeron rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 20-si Abşeron rayonu ərazisində 16 yaşlı A.N. (ad şərtidir) öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 26 yaşlı Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***
Saat: 13:05

Abşeronda qətlə yetirilən qızın kimliyi müəyyənləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin yeniyetmə qız Həsrət Rəcəbovadır. Məlumata görə, onu nişanlısı qətlə yetirib.

Hazırda hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

***
Saat: 11:34

Azərbaycanda dəhşətli qətl törədilib.

Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Baş vermiş dəhşətli qətllə bağlı əlavə məlumat verəcəyik.

# 22524
avatar

Oxşar yazılar