Ziya Məmmədov görüləcək işlərdən danışdı
06 mart 2013 14:09 (UTC +04:00)

Ziya Məmmədov görüləcək işlərdən danışdı

“Son 1 ilin göstəricilərinə nəzər salmaq kifayətdir ki, nəqliyyat sektorunun dinamik inkişafı göz önündə canlansın. 2012-ci il ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib, yük və sərnişin daşımaları 2011-ci ilə nisbətən müvafiq olaraq 6.2 və 8.4 faiz artaraq 153.5 milyon ton yük və 1.6 milyard nəfər sərnişin təşkil edib”.

Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov bildirib. Nazir qeyd edib ki, yüklərin 22,9 milyon tonu dəmir yolu, 12,4 milyon tonu su, 117,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınıb.

 

Limanlarda 11,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 1,7 milyard manat təşkil edib: “Dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq ölkəmizin dəmir yollarında aparılan iri həcmli yenidənqurma işləri davam etdirilib. Hazırda Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri mərhələlərlə həyata keçirilir”. 
 

Z. Məmmədovun sözlərinə görə, beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan (31-54,04 km), Salyan-Şorsulu (55,8-80,6 km) və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Yevlax-Gəncə, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1231

Oxşar yazılar