Dövlət Statisika Komitəsi idxal – ixrac əməliyyatları haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi bu ilin ilk dörd ayında 14,2 milyard ABŞ dolları təşkil edib. Onun 11,0 milyard dollarlıq hissəsi ixracın, 3,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranıb.
Bu dövr ərzində dünyanın 132 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 83 ölkəyə əmtəə ixrac olunub, 121 ölkədən idxal olunub.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 16,3 faiz artıb.

Xarici ticarət dövriyyəmiz açıqlandı - STATİSTİKA
Oxşar yazılar

Ən böyük kölgə iqtisadiyyatı olan ölkələr - SİYAHI
23 may 2025 , 19:59
Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
23 may 2025 , 12:32
Dövlət Xidməti Lerikdə gənclər üçün tədbir keçirdi
23 may 2025 , 11:36
Azercell prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
22 may 2025 , 19:19"Birbank"ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı
22 may 2025 , 16:39
“Azerçay” çay plantasiyalarına mediatur təşkil etdi
22 may 2025 , 14:08