Vergilər Nazirliyi vergi bəyannamələrinin təqdim edilməsinin başa çatdığı barədə məlumat yayıb.
Lent. az-ın verdiyi məlumata görə, Vergi Məcəlləsinə əsasən, hər ilin yanvar-mart ayları ayrı-ayrı tədiyyələr üzrə bəyannamə və hesabatların vergi orqanlarına təqdim edilməsi dövrüdür.
Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin də qüvvəyə mindiyini nəzərə alaraq, cari ilin əvvəlindən etibarən vergi orqanları tərəfindən geniş məlumatlandırma və izahat işləri aparılıb, vergi ödəyiciləri ilə görüşlər keçirilib. Cari ilin yanvar-mart aylarında ümumilikdə vergi orqanları üzrə vergi ödəyiciləri ilə 264 görüş və treninq keçirilib, 2 min 759 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi orqanlarında 23 min 224, xidmət mərkəzlərində 29 min 34 vergi ödəyicisi qəbul edilərək onlara aidiyyəti xidmətlər olunub.
Hesabat dövrünün yekunları üzrə yanvar-mart aylarında təqdim edilməli olan 312 min 91 bəyannamənin 96,8%-i vaxtında təqdim edilib. Onlardan 94,3%-i elektron formada olub.