Sərnişindaşımada artım olub
25 mart 2014 17:25 (UTC +04:00)

Sərnişindaşımada artım olub

Yük və sərnişin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən iki ay ərzində 32.8 milyon ton yük daşınıb. Lent.az-ın məlumatına görə, 272.8 milyon nəfər sərnişinə xidmət göstərilib və ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 0.5 faiz çox yük, 6.2 faiz çox sərnişin daşınıb.
Keçən iki ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 243.9 milyon manatlıq xidmət göstəriblər. 2013-cü ilin yanvar-fevralına nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 11.2 faiz artıb, xidmətlərin 72.4 faizi əhaliyə göstərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar