Şahin Mustafayev sabah Sumqayıta gedəcək
27 mart 2014 16:44 (UTC +04:00)

Şahin Mustafayev sabah Sumqayıta gedəcək

Sabah iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sumqayıtda Abşeron rayonundan və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək. Bu  barədə Lent.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Tarix Muzeyində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Abşeron regional bölməsi (Ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (050/055) 235-01-81, (018) 654- 42 -23, faks: (018) 654- 42 -23, elektron poçt ünvanı: ( [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar