Ölkəyə 1 ton qızıl gətirildi
01 mart 2013 14:46 (UTC +04:00)

Ölkəyə 1 ton qızıl gətirildi

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış və London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troya unsiyası) Britaniyanın «Brinks Qlobal Servisiz» şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.

 

Fonddan «APA-Economics»ə verilən məlumata görə, bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 3 tona (96 450 troya unsiyası) çatdırılıb.

 

Qeyd edək ki, martın 1-nə Fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 17 422 kq (560 145 troya unsiyası) təşkil edir.

 

Xatırladaq ki, yanvarın 1-nə Fondun vəsaitlərinin ümumi həcmi 34 129,4  mln. dollar təşkil edib. 

 

# 1882
avatar

Oxşar yazılar