Dünya bazarında xam neftin qiymətinin Azərbaycanın dövlət büdcəsinin baza qiymətindən yuxarı olması, dövlət büdcəsi üçün heç bir çətinlik yaratmır.
«APA-Economics»in məlumatına görə, bu fikri Prezident Administrasiyasının (PA) iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.
M.Rəhimov qeyd edib ki, son zamanlar dünya bazarında neftin qiymətinin bir qədər aşağı düşməsinə baxmayaraq, bu, Azərbaycanın dövlət büdcəsində neftin baza qiymətinin (100 dollar/barel) səviyyəsindən aşağı düşməyib: «Hesab edirəm ki, ilin sonunadək Azərbaycanın dövlət büdcəsində heç bir çətinlik olmayacaq və büdcənin yenidən baxılmasına ehtiyac qalmayacaq».