Kolbasa istehsalçısı cərimələndi
06 may 2013 17:51 (UTC +04:00)

Kolbasa istehsalçısı cərimələndi

Fiziki şəxs Ruslan Şərifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Zirvə” adlı “Servelat”, “Oxotniçiy” və “Krakovskaya” kolbasalarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi aşkarlanıb.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, istehsal olunan kolbasaların resepturalarında onların istehsalında sarımsaq, muskat və qara istiot istifadə edildiyi yazılsa da, məhsulların etiketində onun tərkibində bu məhsulların olduğunun göstərilmədiyi müəyyən edilib.

 

Qanun pozuntuları ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə fiziki şəxs Ruslan Şərifova 2,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

# 1014
avatar

Oxşar yazılar