Hesablama Palatasının fəaliyyəti Milli Məclisdə müzakirə olunacaq
01 aprel 2013 12:46 (UTC +04:00)

Hesablama Palatasının fəaliyyəti Milli Məclisdə müzakirə olunacaq

Hesablama Palatasının Kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabat”ı geniş müzakirə olunaraq təsdiqlənib.

 

Hesablama Palatasından Lent.az-a verilən məlumata görə, hesabatın Azərbaycan Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.

 


İclasda dövlət büdcəsindən Təhsil Nazirliyinə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticəsi üzrə rəy və hesabat da müzakirə olunaraq təsdiqlənib. Nəzarət tədbirinin nəticəsi barədə Milli Məclisə məlumatın təqdim edilməsi qərara alınıb.

Bundan əlavə, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsi üzrə Naxçıvan Muxtar Respublikası büdcəsindən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərin, büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə icrasına dair audit proqramları da təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar