Hesablama palatası: Ucar və Sabirabadda yoxlama olacaq
10 aprel 2013 12:38 (UTC +04:00)

Hesablama palatası: Ucar və Sabirabadda yoxlama olacaq

 

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent. az-a Palatadan məlumat verilib. Kollegiya iclasında  Sabirabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara,  Aqrar Universitetinə, M.F. Axundov adına  Milli Kitabxanaya, «Yaddaş» sənədli filmlər studiyasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair rəy və hesabatlar müzakirə olunub və nəticələrin Milli Məclisə təqdim edilməsi nəzərdə tutulub.

Kollegiya iclasında, həmçinin, Ucar rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Hacıqabul Suvarma Sistemləri İdarəsi və Pirsaat Qış Otlaqları Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit proqramları da təsdiq edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841

Oxşar yazılar