Gələn il kənd təsərrüfatı siyahıyaalınması keçiriləcək
19 mart 2014 11:05 (UTC +04:00)

Gələn il kənd təsərrüfatı siyahıyaalınması keçiriləcək

2015-ci ildə kənd təsərrüfatı siyahıya alınması keçiriləcək. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Siyahıya alınma mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün yaşayış məntəqələrinin ərazisində kənd təsərrüfatı istehsalı ilə məşğul olan müxtəlif təsərrüfat kateqoriyalarını əhatə edəcək. Kənd təsərrüfatı siyahıyaalınması müvafiq uçot formaları üzrə Dövlət Statistika Komitəsi və onun yerli orqanlarının – rayon, şəhər statistika idarələrinin rəhbərliyi ilə bu işə cəlb ediləcək sayıcılar tərəfindən aparılacaq.

 

Uçot formalarına yazılacaq məlumatlar yalnız ümumi məlumatların əldə edilməsi üçün istifadə ediləcək. “Rəsmi statistika haqqında” qanuna görə, bu məlumatların kənar şəxslərə və yaxud təşkilatlara verilməsi qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar