Elman Rüstəmov AYİB üzvləri ilə görüşdü
10 aprel 2013 18:28 (UTC +04:00)

Elman Rüstəmov AYİB üzvləri ilə görüşdü

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvlərini qəbul edib.

 

Bankın Kommunikasiya Departamentindən Lent. az-a verilən məlumata görə, görüşdə Azərbaycanın iqtisadi inkişafı, növbəti illərdə ölkə iqtisadiyyatının qarşısında duran çağırışlar, bank sektorundakı islahatlar və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

 

Direktorlar Şurasında Böyük Britaniya Birləşmiş Krallığından direktor Conatan Okenden AYİB-nin Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlığından məmnun olduğunu və  bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Elman Rüstəmov isə ölkəmizin AYİB ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini və bu beynəlxalq maliyyə institutunun Azərbaycanın bank sistemində iştirakının təqdirəlayiq olduğunu söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar