Bu ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 5,6 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, onun hər nəfərə düşən həcmi 601,8 manat olub və 2,8 faiz artıb.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 4,1 faiz çox vəsait qalıb.