Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlandı
06 iyul 2013 13:05 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlandı

Bu ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 544 min 149 ton Azərbaycan nefti nəql olunub. Bu barədə Lent.az-a Dövlət Neft Şirkətindən məlumat verilib.
Cari ilin yanvar- iyun aylarında bu kəmərlə 15 milyon 180 min 756 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il iyul ayının 1-ə qədər BTC-yə 220 milyon 632 min 390 ton neft vurulub.

Bundan başqa, cari ilin iyun ayında BTC kəməri ilə 270 min 350 ton Türkmənistan nefti nəql olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846

Oxşar yazılar