Azərbaycanlı iş adamları müqəddəs şəhərlərin yollarını bərpa edə bilər
29 mart 2014 11:58 (UTC +04:00)

Azərbaycanlı iş adamları müqəddəs şəhərlərin yollarını bərpa edə bilər

İraqın Nəcəf və Neynəvə əyalətlərində yolların bərpası üzrə beynəlxalq tenderlər keçirilir.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, İraq Şəhərsalma və Tikinti Nazirliyi tərəfindən Nəcəf və Neynəvə əyalətlərində yolların bərpası üzrə beynəlxalq tenderlər elan olunub.

Azərbaycan iş adamları tenderlərdə iştiraka dəvət edilir. Tenderdə iştirak etmək istəyən azərbaycanlı iş adamları “Azpromo”ya müraciət edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171

Oxşar yazılar