Azərbaycan və Latviya əməkdaşlığı...
26 aprel 2013 11:51 (UTC +04:00)

Azərbaycan və Latviya əməkdaşlığı...

İqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Laimdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Latviyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Juris Puce və digər rəsmi şəxslərlə yanaşı, Latviyanın kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən iş adamları da iştirak ediblər.

 

Şahin Mustafayev Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu söyləyib. Ölkəmizin aqrar sahədə geniş potensiala malik olduğunu diqqətə çatdıran nazir bu sahədə əməkdaşlığın genişləndirilməsini vacib sayıb.

 

Laimdota Straujuman da  iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.  Görüşdə heyvandarlıq, şirniyyat istehsalı, tərəvəz emalı, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri fəaliyyətlərinə dair məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007

Oxşar yazılar