Azərbaycan hərbçilər üçün enerji aparatı istehsal edəcək
19 mart 2014 14:08 (UTC +04:00)

Azərbaycan hərbçilər üçün enerji aparatı istehsal edəcək

Azərbaycanda hərbçilər üçün günəş enerjisini elektrik enerjisinə çevirən avadanlığın istehsalı nəzərdə tutulur.


 

APA-nın məlumatına görə, Türkiyənin ASELSAN şirkətinin texnologiyası əsasında bu sistemin istehsalı Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən birində həyata keçiriləcək.

 

Hazırda sistemlə bağlı araşdırmalar aparılır və tələblər öyrənilir.

 

Kiçik, əsgərin çantasında daşına bilən bu sistem günəş enerjisini elektrik enerjisinə çevirən, açılıb-yığılan lent və elektrik doldurucu cihazdan ibarətdir.

 

Bu sistem vasitəsi ilə əl radiostansiyalarını, GPS cihazını və tabletləri elektrik enerjisi ilə təmin etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644

Oxşar yazılar