Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının toplantısına hazırlıq
05 aprel 2013 20:50 (UTC +04:00)

Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının toplantısına hazırlıq

Bu yaxınlarda Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının iqtisadiyyat üzrə komitəsinin növbəti toplantısının keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. Səfir bildirib ki, hazırda bu istiqamətdə işlər gedir və yeganə maneə görüşün vaxtının müəyyənləşməsidir. Toplantıda ikitərəfli iqtisadi əlaqələri əhatə edəcək məsələlər müzakirə olunacaq.


İ. A. Coşqun Türkiyədən Azərbaycana bu yaxınlarda baş tutacaq səfərlərdən də danışıb. Onun sözlərinə görə, Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin iştirakı gözlənilir, həmçinin meşə və su məsələləri, təhsil, qida və heyvandarlıq üzrə nazirlərin də Azərbaycana səfərləri planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303

Oxşar yazılar