Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-fevral ayları üzrə aqrar bölmənin fəaliyyətini əks etdirən məlumat yayıb. Komitədən Lent.az-a verilən məlumata görə, Bu ayın 1-nə kimi 38.6 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1.6 min hektar sahədə dənli və dənli paxlalılar, 10.7 min hektar sahədə kartof, 5.6 min hektar sahədə tərəvəz, 13 hektar sahədə bostan bitkiləri, 20.7 min hektar sahədə çoxillik otlar əkilib.
Heyvandarlıq məhsullarından keçən ilə nisbətən diri çəkidə ət istehsalı 1.6 min
ton, yaxud 2.4 faiz artaraq 69.3 min ton, süd istehsalı 11.7 min ton və ya 4.8 faiz
artaraq 255.8 min ton, yumurta istehsalı 33.6 milyon ədəd, yaxud 18.5 faiz artaraq
214.6 milyon ədəd, bitkiçilik məhsullarından 3358 ton (2012-ci ildəkindən 12.0 faiz
çox) tərəvəz istehsal edilib. Qeyd olunan məhsulların istehsalının artması kənd
təsərrüfatının ümumi məhsulunun ötən ilki səviyyədən 4.3 faiz yüksək olmasını təmin
edib.