(R) JALƏ növbəti dəfə Azərbaycana qızıl medal gətirdi
26 fevral 2013 10:00 (UTC +04:00)

(R) JALƏ növbəti dəfə Azərbaycana qızıl medal gətirdi

Bu haqda Gilan Qəbələ Konserv Zavodunun PR-meneceri Tamilla Abdullayeva bizim saytımıza ətraflı məlumat verdi: “20-ci Beynəlxalq qida məhsulları,  içkilər və  onların  istehsalı  üçün  xammal sərgisi  “PROD EKSPO-2013”  11-15 fevral  tarixində  “Ekspo  Mərkəzinin” Mərkəzi  sərgi  kompleksində  keçirilmişdir.

 

Dünyanın  63 ölkəsindən  2200-dən  artıq  şirkət  Krasnaya Presnya  meydanındakı  MSK-nin bütün pavilyonlarında 47  min  kv.m (netto) və ya  100 min kv.m (brütto)-dən artıq  sahədə  öz məhsullarını, nou-xau  və  yeni  texnologiyaları  nümayiş  etdirmişlər.

 

Sərgi RF Kənd Təsərrüfatı Nazirliyi və Moskva Hökumətinin yardımı ilə, RF Sənaye Palatasının hamiliyi altında “Ekspo Mərkəzi” tərəfindən keçirilmişdir.

 

“PROD  EKSPO-2013”  sərgisi  əsas  göstəricilərə  görə  tarixinin  rekordunu  qazanmışdır. “Ekspo  Mərkəzi”  QSC-nin  Baş  direktoru  Sergey  Bednovun  qeyd  etdiyi  kimi,  1994-cü  ildən  sərgiyə  baxış  beş  dəfə  artmışdır.

 

“Qəbələ  konserv  zavodu Gilan” MMC-nin artıq  özünü  doğrultmuş yeni məhsulunun  da  təqdim  olunduğu  Azərbaycanın  stendi  bu  sahə üzrə peşəkarların və sərginin çoxsaylı  ziyarətçilərinin böyük marağına səbəb olmuşdur. 

 

Azərbaycanın gözəl tərtib edilmiş guşəsində istehlakçıların diqqətinə “Jalə” ticarət  markasının təbii və ekoloji təmiz meyvə şirələri və nektarları, “Bağdan” ticarət markasının meyvə-giləmeyvə kompotları və mürəbbələri təqdim olunmuşdur.   

 

Pavilyonun bütün ziyarətçiləri göz və zövq oxşayan məhsulların yüksək keyfiyyətinə öz heyranlıqlarını və məftunluqlarını bildirirdilər.

 

Pavilyonda fəaliyyət göstərdiyi illər ərzində dünyanın 25-dən artıq ölkəsində şöhrət  qazanmış zavod haqqında çox sayda çap məhsulları, rəqəmli daşıyıcılar təqdim   olunmuşdu.

 

“Qəbələ konserv zavodu Gilan” MMC-nin xarici-iqtisadi  əlaqələr şöbəsinin direktoru Elin Zalov öz planları ilə bölüşərək, qeyd etdi: “Biz Rusiya bazarında daha geniş şəkildə  təmsil olunmaq niyyətindəyik”.

 

“Sərgidə bizim əsas məqsədlərimizdən biri dost ölkədə ticarətin bütün istiqamətlərində  distributor və təmsilçilərin dairəsini genişləndirməkdir”.

 

20-ci Yubiley Beynəlxalq “PROD EKSPO-2013” sərgisinin çərçivələrində qida və emal  sahəsinin “Ən yaxşı qida məhsulu-2013” dequstasiya müsabiqəsi keçirilmişdir.

 

İstehsalçıların dəstəklənməsi, onların məhsullarının assortimentinin genişləndirilməsi və  təşviq edilməsi məqsədi ilə RF Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi dequstasiya komissiyasının himayəsi altında “Aqroeksposervis” şirkəti tərəfindən Aparıcı sahə  müsabiqəsi təşkil edilmişdir.

 

Müsabiqədə 461 müəssisədən 1475 məhsul nümunəsi təqdim olunmuşdur.

 

Nar - albalı nektarının, nar-alma və nar-üzüm şirələrinin təqdim olunmuş nümunələri  alqışlarla qarşılanmış və müsabiqə komissiyasının bütün üzvlərini yaxşı mənada təəccübləndirmişdir. Narın heyrətamiz keyfiyyəti, digər meyvələrlə nəfis birləşməsi və məhsulun təbii olması münsiflər heyətinin bütün üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və Qızıl Medal və Diploma layiq görülmüşdür.

 

MDB  ölkələri  üzrə  şöbənin   əməkdaşı   Sədrəddin  Bəşirovun   “Qida  sənayesinin  inkişafına  verilən  töhfəyə   görə”  nominasiyasında Medal  və Diploma  layiq  görülməsi  daha  bir  sevindirici   fakt olmuşdur.

 

Bu  müsabiqələrdəki   qələbə,  rəqabətli  mübarizədə artıq  əldə  edilmiş  mövqelərin  gücləndirilməsi,  biznesin  genişləndirilməsi  və  yeni  bazarlara  çıxışların   artırılması   üçün  əlavə   imkanlar  yaradaraq,    istehsalçının   nüfuzunu və  onun   istehsal  etdiyi məhsulların  etibarlılığını  artırır .  

# 1313
avatar

Oxşar yazılar