[b]Azərbaycanın xarici dövlət borcu açıqlandı[/b]
14 iyun 2016 14:15 (UTC +04:00)

[b]Azərbaycanın xarici dövlət borcu açıqlandı[/b]

 

1 aprel 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,448.7 milyon ABŞ dolları (11,486.6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.0 faiz təşkil edib.

 

Maliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

 

Xarici dövlət borcunun 82.3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb olunub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar