“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə radiotezlik verildi
02 aprel 2013 17:39 (UTC +04:00)

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə radiotezlik verildi

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Şuradan məlumat verilib. İclasda “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin radio yayımı üçün, “Caspian İnternational Broadcasting Company” MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə və təşkilati məsələlərə baxılıb. 

 

Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 7 (dövlət yayımçısı), 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

 

Həmçinin iclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğun olaraq “Caspian İnternational Broadcasting Company” MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212

Oxşar yazılar