Azərbaycanın ofis mebeli bazarında ən böyük pərakəndəçi brendi olan İdeal Dizayn Əhməd Rəcəbli küçəsi 40 ünvanında yerləşən yeni ofis mebeli mağazasının rəsmi açılışını həyata keçirdi. Müasir mağaza konseptini sərgiləyən İdeal Dizayn yeni mağazasında 50-dən çox ofis mebeli məhsulunu müştərilərə təqdim etdi. Belə ki, geniş məhsul portfelinə sahib olan brend, mağazada rəhbər dəstləri, menecer və işçi dəstləri, toplantı masaları, yumşaq mebellər, kürsülərlə yanaşı keyfiyyətli metal mebellərini də sərgiləyir.
Müxtəlif şirkətlərin və medianın da qatıldğı tədbirdə İdeal Dizayn müştərilərini "Daimi tərəfdaş" diplomu ilə mükafatlandırdı və eyni zamanda gələn qonaqları həyata keçirdiyi layihələr haqqında məlumatlandırdı. 8 kateqoriya və 170-dən çox məhsulu özündə əks etdirən yeni kataloq nümayiş edildi.
Əsası 2000-ci ildə qoyulan İdeal Dizayn Azərbaycanda ofis mebellərinin istehsalını və satışı həyata keçirir. Həm pərakəndə şəklində və həm də layihə əsasında ofis mebellərinin satışında uğur qazanan İdeal Dizayn hal-hazırda bazarda önəmli paya sahibdir və lider brendlərdəndir.
Brend və onun məhsulları haqqında geniş məlumatı www.idealdizayn.az internet ünvanından da əldə edə bilərsiniz.