Siyəzən sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
01 iyun 2023 16:50 (UTC +04:00)

Siyəzən sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Siyəzən rayonunda baş tutan "Açıq mikrofon" aksiyasında bir qayda olaraq əvvəlcə Xaçmaz RQİİ-nin rəisi çıxış edib.

Lent.az xəbər verir ki, daha sonra mikrofon sakinlərin ixtiyarına verilib.

Qaz təchizatı ilə bağlı ünvanlanan müraciətlər arasında Yenikəndin genişləndirilmiş ərazisində 12 evin qazlaşması, qapı keçidinin quraşdırılması və eynilə Zarat kəndinin genişləndirilmiş hissəsinə küçə qaz xəttinin çəkilməsi kimi məsələlər yer alıb. 20-yə yaxın sakinin qatıldığı görüşdə səslənən problem və təkliflərin araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcəyi bildirilib.

# 1020
avatar

Fidan İlqar

Oxşar yazılar