Sahibkarlarla növbəti görüş Lənkəranda  keçiriləcək
11 dekabr 2023 14:25 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Lənkəranda keçiriləcək

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az xəbər verir ki, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq. Aksiya Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında  baş tutacaq.

“Səyyar qəbul otağı” dekabrın 13-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2847
avatar

Arzu Qurbanlı

Oxşar yazılar