Rusiyanın 330 milyardlıq aktivləri  DONDURULDU
29 iyun 2022 19:15 (UTC +04:00)

Rusiyanın 330 milyardlıq aktivləri DONDURULDU

ABŞ-ın Maliyyə Nazirliyi dərc etdiyi məruzədə son 100 gün ərzində Rusiyanın 330 milyard dollar aktivinin dondurduğunu bəyan edib. 

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, pulun 300 milyardı Rusiya Mərkəzi Bankının aktivləridir. Bundan başqa, Rusiyanın digər iqtisadi resursları və maliyyə hesabları da dondurulub. 

Məruzədə həbs qoyulanlar arasında Rusiya oliqarxlarına aid yaxta və daşınmaz əmlaklar da yer alıb.
 

# 1437
avatar

Aytəkin Cəlali

Oxşar yazılar