Qaz istehlakına görə tarif limitlərinin 65 faizi sıfırlandı
04 yanvar 2022 15:32 (UTC +04:00)

Qaz istehlakına görə tarif limitlərinin 65 faizi sıfırlandı

Bu ilin yanvar ayının 1-dən bu günədək qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi 65% icra olunub.

Lent.azAPA-Economics”-ə istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” hesabında yazıb.

Birliyinin rəhbəri əlavə edib ki, qeyd olunan müddət ərzində sonradan ödənişli sayğacdan (mexaniki sayğaclar) istifadə edən 104 min abonent sayğaclarının görünən hissəsini mobil telefonla çəkərək müəssisənin təşkil etdiyi (077) 310-41-04 "Whatsapp" nömrəyə göndəriblər.

“Bayram günləri olmasına baxmayaraq, “Azəriqaz” İB-nin əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir. Paralel olaraq abonentlər də bu prosesdə Birliyə dəstəyini fəal olaraq göstərməkdədirlər. Məhz bu dəstəyin müqabilində bu saata olan sıfırlanma ilə bağlı 65%-lik nəticə bizi çox sevindirir”, - R. Əliyev bildirib.

# 1647
avatar

Oxşar yazılar