"HUAWEI NOVA" 12s və "NOVA 12SE" qısa tanıtımı: funksiyalar və xüsusiyyətlər
20 sentyabr 2024 16:42 (UTC +04:00)

"HUAWEI NOVA" 12s və "NOVA 12SE" qısa tanıtımı: funksiyalar və xüsusiyyətlər

HUAWEI, qabaqcıl texnologiyaları öz cihazlarında tətbiq etməyə davam edir və nova 12s ilə nova 12SE modelləri bunun əyani sübutudur. Bu smartfonlar zərif dizaynı, güclü performansı və çoxfunksiyalı kameraları ilə seçilir, onları fotoşəkillər çəkmək və gündəlik istifadə üçün ideal seçimə çevirir.

Dizayn və Ekran
HUAWEInova 12s və nova 12SE, şık və modern dizaynları ilə diqqət çəkir. Cəmi 6,88 mm qalınlıqda və 168 g çəkisi ilə nova 12S modeli rahat və yüngüldür. Nova 12s modeli mavi və qara; nova 12 SE modeli isə yaşıl, ağ və qara rənglərdə təqdim olunur.

Nova 12s modeli 6,7 düymlük OLED ekranla təchiz olunub, FHD+ (2412×1084 piksel) ekran icazəsivə 120 Hz yeniləmə tezliyini dəstəkləyir. Nova 12 SE modelində isə bu göstəricilər 1080×2400 pikseldir.  HDR dəstəyi isə canlı və zəngin rənglərin təqdim olunmasını təmin edir, bu da kontentlə qarşılıqlı əlaqəni daha xoş edir.


Kamera
Kameralar hər iki modelin ən güclü üstünlüklərindəndir.
HUAWEI nova 12s:

  • Əsas kamera: 50 MP yüksək həssaslıqla ən incə detalların belə dəqiq çəkilişini təmin edir, əlavə 8 MP makro obyektiv isə yaxın plan çəkilişlərdə maraqlı və keyfiyyətli görüntülər əldə etməyə imkan verir.
  • Ön kamera: 60 MP və 100° baxış bucağı ilə selfilər üçün ideal seçimdir.
  • XD Portrait Engine yüksək keyfiyyətli portretlər yaratma imkanları verir.

HUAWEInova 12SE:

  • 108 MP əsas üçlü kamera, ən incə detalları belə göstərmək üçün əla seçimdir.
  • Ön kamera: 32 MP ilə təchiz olunub, selfilər və videozənglər üçün yüksək keyfiyyətli görüntülər təqdim edir. HDR və gecə rejimi sayəsində müxtəlif işıqlandırma şərtlərində belə əla nəticələr əldə etmək olur.

Fəaliyyət qabiliyyəti
 HUWEI nova 12s modeli, yüksək performans və sürətli reaksiyanı təmin edən Qualcomm Snapdragon 778G prosessoru, nova 12s modeli isə Qualcomm Snapdragon 680 prosessoru ilə təchiz olunub. EMUI 14 interfeysi, istifadəçilərə bir çox ağıllı funksiyalar və daha intuitiv naviqasiya təqdim edir, bu da cihazlarla işləmək təcrübəsini daha rahat və zövqlü hala gətitir.

Batareya və şarj etmə
Hər iki model 4500 mAh tutumlu güclü batareyaya malikdir. HUAWEI SuperCharge Turbo 2 (66 Vt) texnologiyası sayəsində, nova 12s modeli cəmi 15 dəqiqə ərzində 62%-ə qədər, nova 12SE modeli isə 32 dəqiqə ərzində tam şarj ola bilir. Bu xüsusiyyət, telefonun enerji ehtiyatını qısa müddətdə doldurmaq ehtiyacı olan istifadəçilər üçün əvəzsizdir.

Əlavə funksiyalar
Smartfonlarda bir çox maraqlı xüsusiyyətlər var ki, bu da onlardan istifadəyə xüsusi zövq qatır. SuperHub 2.0 sayəsində məlumat ötürülməsi çox asandır və fərdiləşdirilə bilən vidjetlər və jestlər naviqasiyanı daha rahat edir. Bundan əlavə, Touch Turbo 3.0 oyun təcrübəsini daha əyləncəli bir səviyyəyə qaldıraraq, bu cihazları oyun həvəskarları üçün mükəmməl seçim halına gətirir.

Təhlükəsizlik
HUAWEInova 12s və nova 12 SE üçün təhlükəsizlik prioritetdir. EMUI 14-ün təkmilləşdirilmiş məxfilik xüsusiyyətləri sayəsində şəxsi məlumatlarınız etibarlı şəkildə qorunur. Məlumat nəzarət mexanizmləri şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin edərək, sizə rahatlıq və güvən verir.

Nəticə olaraq, HUAWEInova 12s və nova 12SE smartfonları eleqant dizayn, güclü performans və çoxsaylı funksiyaların harmonik birləşməsini təqdim edir. Bu cihazlar, unikal məzmun yaratma imkanları ilə gündəlik işləri daha asan və zövqlü edir. HUAWEI, istifadəçi ehtiyaclarını ön planda tutaraq, rəqəmsal dünyada əsl köməkçiyə çevrilən cihazlar yaratmağa davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275
avatar

Oxşar yazılar