Bu ölkədə kömür satışından  əldə edilən gəlir   vətəndaşlara paylanılır
02 aprel 2024 15:38 (UTC +04:00)

Bu ölkədə kömür satışından əldə edilən gəlir vətəndaşlara paylanılır

Monqolustanın hər bir vətəndaşı ölkənin əsas ixrac məhsulu olan kömürün satışından 2023-cü il üçün dividend olaraq 256 min tuqrik (75 dollar) alacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “Erdenes Tavan Tolqoy” (ETT) dövlət Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Jiqjidiyn Qanbat məlumat verib.

“2023-cü il üçün dividendlər qanunla tələb olunan auditdən sonra ödənilməyə hazırdır. 1072 ETT səhminə sahib olan hər bir Monqolustan vətəndaşı 2023-cü il üçün aprelin 3 və 4-də 256 min tuqrik (75 dollar) məbləğində dividend alacaq. 2012-ci il aprelin 11-dən sonra anadan olmuş yeni səhmdarların dividendləri uşağın hesabına köçürüləcək”, - dövlət şirkətinin hökumət komissarı bildirib.

O xatırladıb ki, əvvəllər vətəndaşlar 2022-ci il üçün 104 min tuqrik (30 dollardan çox) məbləğində dividend alıblar. 2023-cü il üçün əsas dövlət kömür ixracatçısı daha çox qazanc əldə edib ki, bu da dividendlərin həcmini artırıb. Bu gün 3,5 milyon vətəndaşın hamısı ETT-nin birbaşa səhmdarları və birbaşa sahibləridir.

“Erdenes Tavan-Tolqoy” şirkəti təxminən 7 milyard ton xammal ehtiyatı olan ən böyük kömür yataqları qrupuna sahibdir. Yataqlar 1950-ci illərin ortalarında sovet geoloqları tərəfindən Umnuqov vilayətində (Cənubi Qobi) aşkar edilib. 1990-cı illərdən etibarən yataqlar özəl müəssisələr tərəfindən işlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3000
avatar

Oxşar yazılar