Bakıda yeniyetmə gözəllik salonlarında qadınları qarət etdi
07 iyun 2023 10:34 (UTC +04:00)

Bakıda yeniyetmə gözəllik salonlarında qadınları qarət etdi

Bakıda gözəllik salonlarında qadınlardan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 4-də axşam saatlarında Nizami rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində iki qadının çantasından içərisində ümumilikdə 720 manat pul, bank kartları və sənəd olan cüzdanlarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunub. 

Araşdırma aparılır.

# 1272
avatar

Oxşar yazılar